Zəngəzur Milli Parkında bəbir və iki balası görüntüləndi

Zəngəzur Milli Parkında ana bəbir və onun iki balası görüntülənib.
Avtosfer.az xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında məskunlaşan ana bəbirlə onun iki balasının görüntüsü paylaşılıb.
Paylaşımda deyilir:
"Zəngəzur Milli Parkındakı digər ana bəbir də 2 bala böyüdür. Onun adını əməkdaşlarımız Qəmzə qoyublar. İzləyicilərimiz tez-tez yazırlar ki, niyə bu qədər materialla biz heyvanların həyatından sənədli film çəkmirik. Bildirmək istərdik ki, bizim hazırki proqramımıza populyasiyaların monitorinqi, dinamikasının izlənilməsi, vəziyyətin analizi və onun əsasında doğru qərarların verilməsi daxildir. Hazırda ərazidə 120-dən artıq kameramız çalışır və bu illər ərzində yüz minlərlə foto və video kadrımız toplanıb. Bu sahədə tədqiqat aparmaq istəyən magistr və doktorantlara dəstək olmağa hazırıq".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












