Zəngəzur qapısı Orta Dəhlizin yük axınını gücləndirəcək

Avqustda Vaşinqtonda əldə edilmiş razılığa əsasən reallaşacaq Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” – TRIPP) Orta Dəhliz üzrə yük axınlarının fasiləsizliyini təmin edəcək, iqtisadi inkişafa və regional inteqrasiyaya təkan verəcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov ABŞ biznes nümayəndə heyəti ilə görüşdə məlumat verib.
Avtosfer.az xəbər verir ki, görüş zamanı ADY-nin fəaliyyəti, xüsusilə Orta Dəhliz üzrə yükdaşıma həcmlərinin artırılması istiqamətində görülən işlər barədə danışılıb. Bakı–Tbilisi–Qars dəmiryol xəttinin modernləşdirilməsi, yükötürmə gücünün illik 1 milyon tondan 5 milyon tona artırılması, Sian Limanında ADY nümayəndəsinin təyin edilməsi və illik 20 min TEU konteyner həcmli meydançanın açılması Orta Dəhlizin inkişafı üçün mühüm addımlar hesab olunur. Bundan əlavə, Çinin CRCT şirkətinin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması da tranzit imkanlarını artırıb.
ADY-nin prioritetləri arasında emissiyaların azaldılması, təmiz texnologiyaların tətbiqi, smart sistemlərlə rəqəmsallaşma, təhlükəsiz və səmərəli əməliyyatlar, həmçinin ekoloji məsuliyyət və dayanıqlı inkişaf yer alır. 2025-ci ilin 8 ayında Azərbaycan Orta Dəhliz vasitəsilə Çindən 265 blok-qatar qəbul edib, Bakı Limanında isə 70 min TEU konteyner aşırılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 47 faiz çoxdur.
ABŞ biznes nümayəndə heyəti ADY-nin fəaliyyətini yüksək qiymətləndirərək, beynəlxalq dəhlizlərdə yükdaşımalarda oynadığı rol və qarşılıqlı əməkdaşlıq imkanlarına maraqlarını ifadə edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












