Zəngilan şəhərində görülən bərpa-quruculuq işləri açıqlanıb

Zəngilan şəhərində bərpa-quruculuq işləri tam sürətlə davam etdirilir. Avtosfer.az xatırladır ki, şəhərdə 6 yaşayış kompleksi və bir inzibati binanın təməli qoyulub. 104 mənzildən ibarət 1-ci yaşayış məhəlləsində tikinti işləri bitmək üzrədir. Yaşayış məhəlləsində 2 və 3 mərtəbəli binalar inşa olunub. Məhəllədə 6 yerüstü dayanacaq, elektromobillər üçün günəş panelli 1 enerji doldurma məntəqəsi nəzərdə tutulub. Yaşayış məhəlləsində uşaq və idman meydançaları da yer alacaq. Zəngilan şəhərinin təsdiq edilmiş ümumi baş planına uyğun olaraq yaşıllıq zonası ilə əhatə olunacaq ilk yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir, 1.96 hektar ərazini əhatə edir və burada 12 binanın tikintisi aparılır. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Birinci yaşayış məhəlləsində tikilən binalarda 104 mənzil var və onlar 2, 3, 4 və 5 otaqdan ibarətdir. Zəngilan şəhər məktəbi, biznes zonası və mərkəzi küçə yaşayış məhəlləsinin yaxınlığındadır. Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə edilib. Ümumilikdə birinci yaşayış kompleksində tikilən 12 binanın qaba işləri, daxili mühəndis kommunikasiya işləri və daxili bəzək işləri də yekunlaşıb. Sahədaxili kommunikasiya işləri qismən yerinə yetirilib, yolların asfaltlanması işləri qalıb.
Zəngilan Konqress Mərkəzi, məktəb, bağça və digər infrastruktur binaları, eləcə də konservasiya olunmuş keçmiş Zəngilan məscidi, yaxınlıqda inşa edilmiş Yeni Zəngilan məscidi Yeni Zəngilanın təkrarsız, rahat və ənənələrə sadiq qalan müasir yaşayış məskəni olaraq simasını formalaşdıracaq. İşlər başa çatdıqdan sonra Zəngilan şəhərindəki birinci yaşayış məhəlləsinə sakinlərin köçü nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, indiyədək rayonun Ağalı kəndinə 871 nəfərdən ibarət 175 ailə köçürülüb. Bundan əlavə, Zəngilan rayonunun ərazisində ümumi gücü 42 meqavat olmaqla hər birinin gücü 10.5 megavat olan “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” Su Elektrik stansiyaları fəaliyyət göstərir.
Qeyd edək ki, Zəngilan 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. 20 oktyabr Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Zəngilan şəhəri günü kimi qeyd edilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












