"Zevs” ləqəbli şəxs 30 sutka həbs edildi

Bakıda izləyicisini döyərək lentə alan Ruslan Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan iddialar nəzarətə götürülməklə araşdırılıb.
O deyib ki, R.Quliyev barəsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
Şöbə rəisinin sözlərinə görə, Binəqədi Rayon Məhkəməsində onun xırda xuliqanlıq əməli törətdiyi sübuta yetirilib: "Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs edilib".
Qeyd edək ki, yutuber Ruslan Quliyev yarım milyondan çox izləyicisi olan kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Videoda “Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşən zaman onu döyüb. O, daha sonra videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb.
Xatırladaq ki, ötən ilin yayında Ruslan və qardaşı Coşqun Quliyev onlara dövlət tərəfindən verilən 190 manatlıq birdəfəlik ödənişə qarpız alıb və hamısını əzərək, lentə almışdı. Daha sonra onların həmin pulu aidiyyəti üzrə sərf etmədikləri üçün üzr istəmələri ilə bağlı video da yayılmışdı.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












