Zığ-Hövsan yolundan istifadə edənlərə şad xəbər - VİDEO

Artıq bir neçə il idir ki, hövsan qəsəbəsini paytaxtla birləşdirən Zığ-Hövsan yolunda təmir işləri yarımçıq qalmışdı. Ancaq indi həmin işlər yenidən start götürüb. Yol təmirdən sonra tam yeni görkəmdə olacaq. Əsas yolla yanaşı hövsan qəsəbəsinin daxili yolları da əsaslı şəkildə yenidən qurulur.
İllərdir təmiri yarımçıq qalan Zığ-Hövsan yolunda işlər yenidən başlayıb. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli qeyd edib ki, ümumi uzunluğu 7 kilometrə yaxın olan yolun təmirinə start verilib. Yol 1-ci texniki dərəcəyə uyğun təmir edilir.
İş icraçıları müsahibə verməsələr də şifahi olaraq bildirdilər ki, yola üçqat asfalt örtüyü döşənəcək. Yol boyu işıq dirəkləri, bəzi yerlərdə piyada səkiləri və 3 yerüstü keçid olacaq. Kommunikasiya xətlərinin yenilənməsi üçün əraziyə materiallar gətirilib
Uzunluğu 2 km olan Oktay Şabanov küçəsinin eni 6 metrə çatdırılıb.
Bütün işlərin tam olaraq nə zaman yekunlaşacağı hələ ki bilinmir.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












