Aeroport yolunda ölüm saçan “avtoşlar”: Hər ikisini həbs gözləyir - VİDEO

Bakıda yarışa çıxan avtoxuliqanlar təhlükə saçıblar. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 13-də, paytaxtın hava limanı isiqamətində (Ekspo Mərkəzin qarşısında) baş verib. Belə ki, “BMW” və “Dodge” markalı avtomobillərin sürücüləri yüksək sürətlə yarışıblar. “BMW”-nin sürücüsü qarşıdakı avtomobillə toqquşacağını görən anda qəfildən sol zolağa manevr edib. Bu zaman avtomobil sürüşərək hərəkət iştirakçılarını təhlükə altında qoyub.
İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə görə, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulub.
Könül
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












