"Ağıllı" sürücünün qayda pozuntusu sosial mediada zarafat obyektine çevrildi - VİDEO

Bakıda radara düşən “Range Rover” markalı avtomobilin görüntüsü sosial mediada yayılaraq gülüş yaradacaq mövzuya çevrilib. Videonun altına “Azərbaycanlı olduğunu demədən göstər” səsi yerləşdirilərək bu cür qayda pozuntusunun yalnız bizlərə məxsus olduğuna diqqət çəkilib. Avtosfer.az bildirir ki, video hər nə qədər gülüş doğursa da burada acı bir gerçək var ki, o da özünü hamıdan ağıllı hesab edən bəzi sürücülərin yol nişanlarına məhəl qoymadan hərəkət etməsidir. Videoda “Range Rover”in sürücüsü yalnız sağa hərəkətin icazə verildiyi zolağa daxil olaraq işıqfora çatır və bayaqdan gözləyənlərdən də öncə düzünə hərəkətə davam edir. Amma bu cür “ağıllı” sürücülər bəzən unudur ki, onları izləyən onlardan da “ağıllı” radarlar var. İşıqforda dayanıb gözləyənlər kimi sıraya düzülməyi özünə yaraşdırmayan bu cür sürücülər nə yalnız sağa – sola hərəkət üçün, nə də avtobuslar üçün ayrılan zolaqlara məhəl qoymayıb burada avtomobillərini sürərək hamıdan öncə yolu bitirir. Bu qayda pozuntusu olmaqla bərabər, dəqiqələrcə tıxacda öz zolağında dayananlara qarşı da hörmətsizlikdir. Sürücülük mədəniyyəti də elə burada özünü göstərir. Belələri yolu tez bitirdiyi üçün sevinsə də, yerdə qalanların onun ünvanına yağdırdığı "tərifnamələri" də udmalı olur.
Yol nişanları, işıqforlar sürücülər üçün tətbiq edilir. Qaydalar isə onları pozmaq üçün yox, əməl etməkçündür.
Qeyd edək ki, bu videoda qayda pozan “Range Rover” markalı avtomobilin sürücüsü yol nişanının pozulmasına görə 40 AZN cərimələnib.
Aysel
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












