ASAN Xidmətin yanında sürücülərin görmədiyi yol nişanı - Cərimə oluna bilərsiniz - VİDEO

Yəqin Yasamaldakı ASAN Xidmət mərkərinin yanından çoxları Bakı dairəvi yolu istiqamətinə gedərkən çətinliklə üzləşib. Nəqliyyat vasitələrinin betün istiqamətlərə məhdudiyyətsiz dönməsi pik saatlarında ciddi xaosla nəticələnirdi.
Nəhayət, ayın əvvəlindən DYP hərəkətin təşkilini dəyişdi. İndi sosial evlər tərəfdən (Dairəvi yoldan) gələnlər yalnız düz və sağa hərəkət edə bilər. Lakin sürücülərin çoxu yol nişanına fikir verməyərək hələ də sola dönür. Doğrudur, bu hərəkət 10 gün əvvəlki kimi kütləvi olmasa da, gün ərzində çox sayda sürücü bu xətaya yol verir. Müşahidə apardığımız 5 dəqiqə ərzində azı 4 maşının qayda pozduğuna şahidlik etdik. Yəqin nəzarət kameraları da işləyir.
PS. Obyektivlik naminə deyək ki, nişan kifayət qədər böyük ölçüdədir və aytın şəkildə qurulub. Nişana fikir verməyərək cərimələnmək isə sırf sürücünün problemidir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












