Avtomobildə tibbi çantanın əhəmiyyəti nə qədər önəmlidir? - Ekspert danışdı - VİDEO

Texniki baxış zamanı ən əsas tələblərdən biri də avtomaşında tibbi çantanın olmasıdır. Bəs, tibbi çantanın olması vacibdirmi? Axı hər dərmanın saxlanma temperaturu və şəraiti fərqlidir. Maşında necə, bu temperaturu qoruyub saxlamaq olurmu? Dünyada bu məsələyə yanaşma necədir?
Avtosfer.az xəbər verir ki, ekspert Elməddin Muradlının sözlərinə görə, tibbi çanta ilə bağlı qarışıq bir vəziyyətin ortaya çıxması birbaşa Səhiyyə Nazirliyinin günahıdır:
“Bir qurum özü özünü təkzib edib siyahı formalaşdırıb. Nazirlik tələb edir ki, tibbi çantada bu dərmanlar olmalıdır. Həkimlər isə deyir ki, bəzi dərmanların hava şəraitindən asılı olaraq tərkibi dəyişir. Yəni bu dərmanlar avtomobildə tez xarab olur ki, bu da kiminsə zəhərlənməsinə səbəb ola bilər. Yol polisi özündən demir ki, maşına tibb çantası qoymalısan. Onlar qanuna əsaslanır və texniki baxışda tələb etdiklərindən biri də tibbi çantanın olmasıdır”.
Ekspert bu problemin həllindən də danışdı:
“Günün tələbinə və beynəlxalq qaydalara uyğun olaraq, tibb çantası ilə bağlı standartlara yenidən baxılmalıdır. Çox sürücünün heç anlayışı da yoxdur ki, o dərmanlar necə saxlanılmalıdır, sadəcə qorxudan alıb qoyublar maşına. Nazirlər Kabinetinin və Səhiyyə Nazirliyinin bu məsələ ilə bağlı verdiyi qərarlara yenidən baxılmalıdır. Milli Məclis səviyyəsində baxılsın, deputatlar bu məsələni qabartsınlar”.
Sonda ekspertin sözlərinə qoşularaq, düzgün saxlanılmamış dərmanları qəbul edib ölməkdənsə, etməyib yaşayaram deyə düşünmək daha məntiqə uyğundur.
Nurlan Sakitoğlu
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












