Salyanda qaydaları pozan sürücülər cərimələndi - FOTO

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən 7 sürücü müəyyən edilib və həmin nəqliyyat vasitələrinin saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin olunub.
Qaydaları pozan sürücülər arasında isə bir neçəsinin avtomobili sürücülük hüququ olmadan idarə etdiyi məlum olub.
Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol vermiş gənclərlə bir daha izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyi onlara çatdırıblar. Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












