Avtomobili ön bufersiz idarə edənləri hansı cəza gözləyir? - VİDEO

“Bufer aksesuar deyil! O, avtomobil konstruksiyasının passiv elementidir”.
Bu fikirləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli “107.7 FM” radiosunda yayımlanan “AvtoFm” verilişində bufersiz avtomobil idarə edənlərdən danışarkən deyib.
Onun sözlərinə görə, bufersiz avtomobil idarə edən sürücü avtomobilin istismar qaydalarını pozmuş olur və bu da İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə məsuliyyət müəyyən edir: “Belə ki, konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı qayda pozuntusudur və 50 manat cəriməsi var. Avtomobilin konstruksiyası anlayışı isə istehsalçının təchizatında fiziki və texniki baxımdan izahı verilən bütün işlək və passiv elementlərdir.
Sosial şəbəkədə bu istiqamətdə müzakirə aparan bəzi “bilici”lərin diqqətinə çatdırmaq istəyirəm ki, internet üzərindən bir çox məlumatları dəqiqləşdirmək imkanları var. Və bu, kifayət qədər genişdir. İstənilən məsələdə araşdırma aparmaq üçün açar sözləri seçib dəqiq mənbələrə istinad etməklə fikir söyləmək olar!
Bizim məqsədimiz hər bir vətəndaşımızı qaydaları pozmaqdan, məsuliyyət yaradan hallardan çəkindirmək, onlarla sağlam və təhlükəsiz həyatlarını təmin edən bütün bilgiləri bölüşməkdir. Nəzərə almalıyıq ki, qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir. Lakin hər bir məsələni dəqiq bilib cəmiyyətdə bilgili formada rəftar etmək isə nəinki qaydaları pozmamaq, hətta sivil cəmiyyət formalaşdırmağın ən ali formasıdır. Düzgün seçim etmək isə hər bir şəxsin öz üzərinə düşür. Gəlin qanunlara, qaydalara riayət etməyi təbliğ edək ki, hər kəs daha təhlükəsiz və rahat yaşasın!”
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












