Avtomobili parkinqdə saxlayanlar da cərimə oluna bilər - SƏBƏBLƏR

Fevral ayının 1-dən dayanma-durma qaydaların pozulmasına görə kameralar vasitəsilə cərimələrin yenidən bərpa olunub. Yəni, icazə verilməmiş yerlərdə avtomobili park edənlər cərimə olunacaq. Bəs avtomobili parkinqdə saxlayan sürücülər cərimə oluna bilərmi?
İnzibati Xətalar Məcəlləsinin Maddə 346-1-ci maddəsi parklanma qaydalarının pozulmasından bəhs edir. Yəni sürücülər avtomobili parkinqdə saxxlasa belə bu qaydalara riayət etməsələr cərimə olyna bilərlər. Belə ki, nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə iyirmi manat, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu (paralel və perpendikulyar) pozmaqla parklanmasına görə on manat, həmçinin parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə sürücülər on manat məbləğində cərimə edilir.
Orxan
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO
Maşınını enli səkidə park edib piyadalara yer qoymadı - 77-RD-610 - FOTO
Tanınmış bloger atasına yazılmış cəriməyə görə DYP-yə təşəkkür etdi - VİDEO
Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib - VİDEO
Sürücüyə qayda pozmağı öyrədən təlimçi xanım özünü ifşa etdi - VİDEO
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
“Nə fərqi var, buradan da dönürəm” deyən sürücüləri CƏRİMƏ GÖZLƏYİR - FOTO
Keçiddə özündən çıxan sürücü nalayiq söyüşlər söyüb qoçuluq etdi - VİDEO
Daxili yüklərin qatarla daşınması yollarda qəzaların sayını azalda bilərmi? – ADY-dən AÇIQLAMA











