Avtomobilin nömrəsini çıxarıb "avtoş"luq edən sürücü həbs edildi - FOTO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, avqustun 13-ü "Kia Optima" markalı 90-RL-024 qeydiyyat nişanlı avtomobilin sürücüsü paytaxtın Hüseyn Seyidzadə küçəsində müxtəlif üsullarla davamlı olaraq yol hərəkəti qaydalarını pozub. Sürücü, müşahidə kameralarına və sürətölçən cihazlara düşməmək məqsədi ilə avtomobilin ön qeydiyyat nişanını çıxararaq Hüseynbala Əliyev küçəsi istiqamətində yüksək sürətlə hərəkət edib. Yol polisləri tərəfindən ona verilən işarələrə qəsdən tabe olmayaraq Hüseynbala Əliyev küçəsində avtomobili qoyaraq qaçıb.
Sürücü avqustun 22-də saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək işə baxılması üçün məhkəməyə göndərilib.
Binəqədi rayon məhkəməsinin qərarı ilə sürücü Ələkbərov Elşən Rövşən oğlu 15 gün müddətinə inzibati həbs olunub və nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












