Azərbaycanda 3 rayonun yolunu kəsib "avtoşluq" edənlər cəzalandırıldı - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev oxu.az-a bildirib ki, görüntülərlə əlaqədar dərhal Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb:
“Həmin avtoxuliqanlıq əməlini törədən sürücü Y.İsmayılov və avtomobilin sahibi M.Fəttahlı müəyyən edilərək barələrində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Y.İsmayılov sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs olunub, M.Fəttahlı isə cərimə olunub”.
“Həmin vaxt orada olan və müxtəlif qayda pozuntularına yol verən digər dörd sürücü barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada protokol tərtib edilib”, - deyə o qeyd edib.
***
13:09
Masallıda avtoxuliqanlıq edən sürücünün videosunu oxuculardan biri qeydə alaraq Avtosfer.az-ın qaynar xəttinə göndərib. Belə ki, 90-LR-002 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Masallı-Yardımlı-Lənkəran yolunu bağlayaraq şou göstərməyə başlayıb. O, hərəkət hissəsində avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarıb və yolun səthində çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq edib.
İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən bu xətanı törətmiş sürücünü - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, onun şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs gözləyir.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












