Azərbaycanda yol cəriməsini ödəməyən məmur məhkəməyə verildi

Balakən rayon İcra Hakimiyyətinin əməkdaşı məhkəməyə verilib.
Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, icra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Solxayev Zaur Sağır oğlu yol hərəkəti qaydalarını pozduğu üçün ona tərtib olunan cəriməni ödəməyib.
Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Protokol baxılması üçün Balakən rayon Məhkəməsinə göndərilib. İş hakim Zamin tahirovun icraatına verilib.
Həmin maddə əsasında şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












