Bakıda AA seriyalı avtomobil "Prius"la əlbir olub avtobus dayanacağını zəbt etdi - VİDEO

Nərimanov rayonu ərazisində 90-AA-057 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü kobud qayda pozuntusuna yol verib.
Avtosfer.az-ın qaynar xəttinə göndərilən videodan aydın olur ki, sürücü avtomobilini "Gənclik Mall" ticarət mərkəzinin qarşısında yerləşən avtobus dayanacağına park edib. Onunla birlikdə 77-XB-567 dövlət nömrə nişanlı "Prius" və digər avtomobillərin sürücüləri "əlbir olub" avtobus sürücülərinə çətin anlar yaşadıblar. Dəfələrlə müşahidə etdiyimiz kimi, belə olan hallarda avtobuslar dayanacağa girməyib ikinci zolaqda sərnişinləri düşürərək onların həyatını riskə atırlar.
Qeyd edək ki, belə olan halda həm avtomobil sürücüsü, həm də avtobus sürücüsü, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə məsuliyyətə cəlb edilə bilər.
Videonu təqdim edirik.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












