Bakıda “AA” seriyalı avtomobilin sürücüsü “protiv” gedib şou göstərdi - VİDEO

Bakıda “AA” seriyalı avtomobilin sürücüsü təhlükəli vəziyyət yaradaraq hərəkətin tam olaraq əksinə çıxıb. Avtosfer.az xəbər verir ki, hadisə dünən Mikayıl Useyinov küçəsində Bayraq Meydanının qarşısında baş verib. Belə ki, “Toyota Camry” markalı, 99-AA-048 dövlət nömrə nişanlı avtomobilin sürücüsü nəqliyyat axınının qarşısına çıxaraq olduqca təhlükəli bir vəziyyət yaradıb. Yolun nə sağına, nə soluna keçmədən tən orta ilə digər avtomobillərin üzərinə şığıyıb. Xoşbəxtlikdən heç bir qəza baş verməsə də sürücü bununla digərlərinə qarşı böyük təhlükə yaratmaqla kobud qayda pozuntusuna yol verib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən bu sürücünü 100 manat, 4 bal cərimə gözləyir. Amma etdiyi hərəkətə görə ictimai qınağa cəlb olunması da vacibdir. Beləliklə Avtosfer.az həmin sürücünün törətdiyi xətanın görüntülərini təqdim edir.
Sözügedən avtomobil "Mudo Concept" MMC-yə məxsusdur.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














