Bakıda "avtoşluq" edən avtobus sürücüsü yarışa çıxıb təhlükə yaratdı - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan avtobus sürücüsünün videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 6-da, paytaxtın Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində baş verib. Belə ki, 209 saylı xətt üzrə fəaliyyət göstərən 99-JR-929 qeydiyyat nişanlı avtobusun sürücüsü qoşa xəttin tələbini dəfələrlə pozaraq əks yola çıxıb. Bu zaman həm qarşıdan gələn, həm də sağ zolaqda olan sürücülərə təhlükə yaradıb. Avtobus sürücüsü qarşısında hərəkət edən "Opel" markalı avtomobillə yarışa çıxmaq üçün bu hərəkəti edib.
O, ötə bilmədiyini görən anda sağa manevr edib. Bu zaman görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Soldan ötə bilmədiyini görən sürücü sonradan "Opel" markalı avtomobili sağdan ötməyə başlayıb.
Sözügedən videonu təqdim edirik:
Könül
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO












