Bakıda bahalı nömrəli maşınla qayda pozan sürücü CƏRİMƏLƏNDİ - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda qaydaları pozan sürücünün şəxsiyyəti müəyyən edilərək idarəyə dəvət olunub. Törətdiyi xətaya uyğun olaraq sürücü Rzayev Vüqar Nizami oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 60 manat cərimə tətbiq edilib.
Xatırladaq ki, Bakıda bahalı maşınla qayda pozan sürücünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, 10-LR-100 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü paytaxtın Bakıxanov prospektində qoşa xəttin tələbini pozaraq əks zolağa çıxıb.
Sürücü etdiyi bu hərəkətlə yalnız bir maşın qarşıya düşə bilib. Lakin bunun hansı dərəcədə təhlükəli olduğunu və nə ilə nəticələnəcəyini öncədən düşünməyib.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












