Bakıda həbsxananın qapısını “sındıran” “avtoşdan” qorxulu əməllər - VİDEO

Bakıda avtoxuliqanlıq edərək hərəkət iştirakçılarına təhlükə yaradan sürücü qeydə aldığı videoları sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, 99-PV-682 qeydiyyat nişanlı “Khazar” markalı avtomobilin sürücüsü paytaxtın bir neçə küçə və prospektlərində yol hərəkəti qaydalarını kobud və davamlı şəkildə pozub. Belə ki, o, əl əyləci vasitəsilə avtomobili fırladıb, eyni zamanda svetoforunn qırmızı işığında hərəkət edərək insanlara təhlükə yaradıb. Həmçinin avtomobilin alın şüşəsinə göy və qırmızı sayrışan işıq siqnalları quraşdıraraq şou göstərməyə çalışıb. Videogörüntüdən də ayıdn şəkildə görünür ki, sürücü avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarıb və yolun səthində çoxsaylı təkər izləri buraxıb. Avtomobilin qabaq yan şüşələrinə isə qanunla tətbiqinə icazə verilməyən örtük və plyonka çəkib.
Qeyd edək ki, bu əmələ görə sürücü İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququndan bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilə və ya nəqliyyat vasitəsini idarə etmək hüququndan bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, onun şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs oluna bilər.
Nurlan Sakitoğlu
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












