Bakıda kafe və restoran tikənə “səki hədiyyə” olunur? - VİDEO

Paytaxtın müxtəlif ərazilərində səkilər avtomobillərin park yerinə çevrilib. Avtosfer.az xəbər verir ki, xüsusilə kafer, restoran və müxtəlif obyektlərin qarşısındakı səki yerləri qanunsuz parkinq kimi istifadə olunur.
Belə ki, obyektin qabağında piyadaların keçməsi üçün nəzərdə tutulan səkilərdə həmin yerə gələn müştərilər və ya obyekt sahibləri avtomobil park edir. Nəticədə vətəndaşlar bu durumdan əziyyət çəkir.
Xüsusilə günün qaranlıq vaxtlarında bu hallara daha çox rast gəlinir. Səkidən istifadı edə bilməyən piyada məcbur olaraq yolun hərəkət hissəsinə çıxır. Nəticədə isə qəzalar və piyadavurmalar baş verir.
Qeyd edək ki, dayanma-durma qaydalarının pozulamasına görə cərimə məbləği 20 manatdır. Bahalı restoranların qarşısında saxlanılan və dəyəri yüzminlərlə ölçülər avtomobil sahibləri üçün isə bu rəqəm gözə belə görünmür. Sanki parkinq pulu verirmiş kimi məsələyə yanaşır.
Xatırladaq ki, səkidə hərəkət etmək və avtomobil saxlamaq üçün tətəbiq olunan cərimə 40 manat təşkil edir. Amma bu məbləğ də həmin obyekt sahibləri və müştəriləri üçün ciddi rəqəm hesab edilmir.
Dəfələrlə bu barədə şikayətlər daxil olur. Bununla bağlı müvafiq qurumların daha radikal addımlar atması labüddür. Çünki nəticə etibarilə əziyyət çəkən sadə vətəndaşlardır.
Nurlan Sakitoğlu
Nərmin Əkbər
Əks yolla gələn sürücü az qala motosikletçini vuracaqdı - VİDEO
Yol verməyən sürücü motosikletçini təhlükə ilə üz-üzə qoydu - VİDEO
Bakıda motosikletçi qaydanı pozdu - VİDEO
Hərəkətdə olan sürücüyə dayanma-durma cəriməsi yazıldı - FOTO
“Sədərək”də sürücülərə sərt nəzarət başladı: Qayda pozanlar müəyyən edilir - VİDEO
Motosikletə məhəl qoymayan sürücü qəza şəraiti yaratdı - VİDEO
Piyada keçidindən qaçaraq keçən şəxsi yük maşını vurdu - VİDEO
Ötmə qaydasını pozan sürücü qarşıdan gələn maşını təhlükə qarşısında qoydu - VİDEO
Qəza şəraiti yaratdı, üstəlik xoşagəlməz sözlər işlətdi - VİDEO
Ən sol zolaqdan birbaşa ən sağa keçib təhlükə yaratdı - 90-PR-726 - VİDEO
Bu halda yaşıl işıqda belə 100 manat cərimə oluna bilərsiniz – XƏBƏRDARLIQ - VİDEO










