Bakıda manevr qaydasını pozan sürücü cərimələndi - VİDEO

28 iyul tarixində Bakının Hüseyn Cavid prospektində 99-ZT-818 nömrə nişanlı “Nissan Juke” markalı avtomobilin sürücüsünün qayda pozması barədə Avtosfer.az saytında xəbər yayımlanmışdı. Xəbərdə bildirilirdi ki, o, orta zolaqda hərəkətdə olarkən su gölməçəsinə girməmək üçün sağ zolağa keçib, daha sonra isə dairəyə daxil olmaq üçün bir anda sükanı sola döndərərək hərəkətdə olan digər avtomobilin önünə çıxıb. “Nissan”nın sürücüsü həm təhlükəsizlik adacığının üstünə çıxıb, həm də sağdan gələnlərə yol verməyərək təhlükəli şərait yaradıb. Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avtomobilin sürücüsü Muradov Zaur Məhəmməd oğlu idarəyə dəvət olunub. Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə protokol tərtib olunub. Sürücü manevr qaydalarını və yol nişanlarının tələblərini pozduğuna görə 40 AZN məbləğində cərimələnib.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












