Bakıda motosikletə 2 dəfə qəza şəraiti yaradan sürücü cərimələndi - VİDEO

Bakıda güzgüdən istifadə etməyib təhlükə yaradan sürücü məsuliyyətə cəlb edildi. Avtosfer.az xəbər verir ki, paytaxtın Ziya Bünyadov prospektində hərəkət edən 77-BG-067 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü güzgüyə baxmadan sol zolağa manevr edən zaman motosiklet sürücüsünə təhlükə yaradıb. Etdiyi səhv hərəkətdən sonra üzrxahlıq etmək əvəzinə ikinci dəfə yenidən gələrək qəsdən sıxışdırmağa başlayıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, görüntülərə baxış keçirildikdən sonra sürücünün kimliyi müəyyən edilib. Məlum olub ki, xətanı 1982-ci il təvəllüdlü Həsənov Zamin Mikayıl oğlu törədib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə qərarı verilib.
Fərid
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO
Abşeronda yol polisi reyd keçirdi; sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Xaçmazda toy karvanında "avtoş"luq edən sürücü həbs edildi - FOTO
Maşınını enli səkidə park edib piyadalara yer qoymadı - 77-RD-610 - FOTO
Tanınmış bloger atasına yazılmış cəriməyə görə DYP-yə təşəkkür etdi - VİDEO
Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib - VİDEO
Sürücüyə qayda pozmağı öyrədən təlimçi xanım özünü ifşa etdi - VİDEO
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
“Nə fərqi var, buradan da dönürəm” deyən sürücüləri CƏRİMƏ GÖZLƏYİR - FOTO
Keçiddə özündən çıxan sürücü nalayiq söyüşlər söyüb qoçuluq etdi - VİDEO
Daxili yüklərin qatarla daşınması yollarda qəzaların sayını azalda bilərmi? – ADY-dən AÇIQLAMA











