Bakıda müəmmalı cərimə: Bir protokolda iki maşın şəkli - FOTO

Sürücü Xəyal Əmiraslanov Avtosfer.az-a müraciət edərək bildirib ki, idarə etdiyi avtomobillə dekabrın 7-i Bakı-Qazax yolunun 354-cü kilometrində hərəkət edərkən kamera vasitəsilə barəsində qanunsuz elektron qərar qəbul olunub.
Sürücü elektron kabinetinə yerləşdirilən qərarın fotoşəkillərinə baxan kimi fərqinə varıb ki, ön hissədən çəkilmiş, avtomobilin nömrəsi düşən şəkil həqiqətən də ona məxsus olan 10-UX-175 dövlət qeydiyyat nişanlı avtomobildir. Ancaq ön hissədən çəkilən şəkildə yalnız avtomobilin nömrəsi düşüb. Ümumi nişanlanma xəttinin tələbinin pozulması faktı həmin fotoda əks olunmayıb. Arxa hissədən çəkilən şəkildə isə avtomobil nömrəsi düşməyib. Heç avtomobil də onun avtomobili deyil. Bunu şəkillərə baxan hər kəs aydınlaşdıra bilər. Çünki ön hissədən çəkilən avtomobil tər-təmizdir, arxa hissədən çəkilən avtomobil isə toz-torpağın içində. Arxa hissədən çəkilən şəkildə o səbəbdən heç avtomobilin dövlət qeydiyyat nişanı da görünmür.
O qeyd edir ki, dərhal Gəncə şəhərinin girişində yerləşən Yol Patrul Xidməti postuna gedərək orada videogörüntüyə baxıb. Əməkdaşların da iştirakı ilə videogörüntüyə baxdıqdan sonra həqiqətən də aydın olub ki, videogörüntüdəki avtomobil Xəyal Əmiraslanova məxsus 10-UX-175 dövlət qeydiyyat nişanlı avtomobil deyil və texniki səhv səbəbindən cərimə yanlış vurulub. Əməkdaşlar sürücüyə bildirilib ki, həmin protokol sistemdən silinəcək. Bundan sonra bir həftədən də çox müddət keçməsinə baxmayaraq protokol sistemdən silinməyib. Məsələnin belə olduğunu görən sürücü dyp.gov.az saytı vasitəsilə elektron şikayət ünvanlayıb. Lakin görünən odur ki, şikayəti araşdırmalı olan səlahiyyətli şəxslər videogörüntüyə diqqətlə baxmayıb və ya ümumiyyətlə videogörüntüyə baxmadan şəkillərlə kifayətlənib deyə sürücüyə yazılmış protokolun düzgün yazıldığı cavabını göndəriblər.
Ümid edirik ki, Dövlət Yol Polisi idarəsinin səlahiyyətli şəxsləri məsələni düzgün araşdırıb texniki səhvi aradan qaldıracaq.
Fərid
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB














