Bakıda qarşı yola çıxıb özünü haqlı sayan sürücüyə belə dərs verildi - VİDEO

Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Bakıda eynilə bu məsələ uyğun hadisə yaşanıb. Əks yola çıxan sürücü həm gələnə yol verməyib, həm də qarşı tərəfi günahlandıraraq onunla ağız dalaşına girib.
Avtosfer.az bildirir ki, Babək prospekti, köhnə maşın bazarının girişində sürücülər arasında mübahisə yaşanıb. Belə ki, 10-ZY-362 nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq yolunu tez bitirmək qərarına gəlib. Elə bu zaman həmin yola daxil olmağa çalışan digər bir sürücü “Hyundai”dəki sürücünün işıqla işarə verməsinə məhəl qoymadan öz yoluna daxil olub. Bundan qəzəblənən “Hyundai”nin sürücüsü isə avtomobilini saxlayaraq digərinin arxaya sürməsini tələb edib. Öz yolunda olan sürücü arxanın tıxac olduğunu və geri sürə bilməyəcəyini bildirərək, kimin əks yolda olduğunu qayda pozan sürücüyə bir daha xatırladıb. Lakin əks yolda olan sürücü özünü haqlı hesab edərək təkidlə yerindən tərpənməyib. Hər iki tərəf bir-birilə tərsləşdiqdən sonra qayda pozan sürücü geri hərəkət etməli olub. O, qarşı tərəfi müsəlmançılığa yaraşmayan hərəkət etməklə günahlandırıb. Məlumdur ki, müsəlmançılıqda başqasının haqqına girmək deyə bir icazə heç kəsə verilməyib. O ki qaldı qanunvericiliyin tələblərinə, orada da əks yolda hərəkətə icazə verən bir maddə yoxdur. Sadəcə cəriməsi mövcuddur.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












