Bakıda qayda pozan sürücü nömrənin üzərini bağlayıb kameralardan yayınır - VİDEO

Bakı küçələrində hərəkət edən sürücü öz qayda pozuntularının videogörüntüsünü sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, sürücü idarə etdiyi 99-VT-014 qeydiyyat nişanlı "Nissan" markalı avtomobillə dayanma durma qaydasını pozan zaman məsuliyyətdən yayınmağa çalışıb. Belə ki, o, arxa qeydiyyat nişanının üzərini bağlayaraq kameralardan yayınıb.
Qeyd edək ki, dayanma-durma qaydasının pozulması 20 manat olsa da, qeydiyyat nişanının üzərini örtüklə bağlamağın kifayət qədər, yəni 500 manatdan 800 manatədək cəriməsi var.
Sürücü həmçinin avtomobilin uzaq işıqlarına normativ tələbləri pozan dəyişiklik də edib. Günün qaranlıq saatlarında uzaq işıqları yandıran zaman şimşək effekti yaradaraq digər hərəkət iştirakçılarının gözünü qamaşdırıb. Videogörüntülərə baxış keçirəndə də bu fakt öz əksini tapır.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












