Bakıda qəza şəraiti yaradıb söyüş söyən sürücü HƏBS EDİLDİ - VİDEO

Bakıda qəza şəraiti yaradıb söyüş söyən sürücü həbs edilib. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 10-JJ-557 qeydiyyat nişanlı “Audi” markalı avtomobilin sürücüsü paytaxt küçələrinin biri ilə hərəkət edən zaman sağdan yaxınlaşan avtomobilə yol verməyərək qəza şəraiti yaradıb. O, daha sonra Heydər Əliyev prospektində görüntünü qeydə alan sürücünün qarşısına qəfildən keçərək növbəti dəfə qəza şəraiti yaradıb və özünü haqlı çıxararaq nalayiq söyüş söyüb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az">Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücü Məlikov Vüqar Eldar oğlu Xətai rayonu ərazisində hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Lakin o, polis əməkdaşlarının qanuni göstərişinə qəsdən tabe olmayıb. Araşdırma zamanı məlum olub ki, Vüqar Məlikov "BMW X5" markalı avtomobilə məxsus 10-JJ-557 qeydiyyat nişanını "Audi" markalı avtomobilə təhkim edərək şəhər ərazisində bu hərəkətləri edib. Onun barəsində toplanılmış materiallar Xətai rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












