Avropa Komissiyasının nümayəndələri Bakı Limanında - FOTOLAR

Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi Bakı Beynəlxalq Dəniz Limanında Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş Direktoratlığının nümayəndə heyəti ilə görüş keçirib.
Avtosfer.az xəbər verir ki, görüşdə mobillik və nəqliyyat sahəsində, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
ADY sədri Rövşən Rüstəmov Avropa Komissiyasının nümayəndələrinə Azərbaycanın tranzit potensialı, dəmir yolu və liman infrastrukturunun inkişafı üzrə həyata keçirilən layihələr, eləcə də Bakı Limanının fəaliyyəti və yükdaşıma imkanları barədə məlumat verib.
Bakı Limanının Orta Dəhliz üzrə yük əməliyyatlarının səmərəli təşkilində, multimodal daşımaların inkişafında və Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının gücləndirilməsində mühüm rolu diqqətə çatdırılıb.
Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş Direktorluğunun rəhbəri Maqda Kopçinska Azərbaycanın regionun nəqliyyat-logistika sistemində strateji mövqeyini qeyd edərək dayanıqlı, təhlükəsiz və səmərəli nəqliyyat bağlantılarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunması istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.
Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin və nəqliyyat sahəsində birgə təşəbbüslərin təşviq edilməsinin əhəmiyyəti vurğulanıb. Gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqlar Bakı Limanının fəaliyyəti ilə tanış olublar.
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO












