Bakıda "qoçuluq" edən sürücü peyda oldu: Yolu kəsdi, söyüş söydü və... - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 8-də, paytaxtın Heydər Əliyev prospektində (hava limanı yolunda) baş verib. Görüntünü qeydə alan sürücü bildirir ki, 70 km/saat sürət təşkil edilmiş yolda hərəkət edən zaman arxadan gələn 77-PN-276 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü əl hərəkətləri ilə etiraz etməyə başlayıb: “Mən öz zolağımdan kənara çıxmadan, hərəkət sürətini aşmadan şəhər istiqamətində hərəkət edirim. Bu zaman arxadan gələn sürücü mənim sağıma keçərək nəsə deməyə başladı. Sonra isə qarşıma keçərək qəfil tormoz verdi. Mən qəzaya düşməmək üçün məcburən sağa manevr etdim. Bu zaman o, yenidən sağa keçərək qarşımda ikinci dəfə tormoz verib qəza şəraiti yaratdı. Bir az qarşıda həmin sürücü ilə yenidən rastlaşan zaman şüşəni açıb mənim ünvanıma nalayiq söyüş söyməyə başladı” – deyə oxucu bildirib.
Videogörüntüdən də aydın şəkildə görünür ki, “Opel” markalı avtomobilin sürücüsü sürət həddini aşaraq avtomobillərin arası ilə ziqzaqvari hərəkət etməklə yoluna davam edib.
Könül
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












