Bakıda taksi şirkətinin maşınlarını viran qoyan dəstə ələ keçdi - VİDEO-FOTO

Binəqədi rayonunda yerləşən “Ağ Şəhər” taksi şirkətinə məxsus müxtəlif şəxslərə icarəyə verilən 5 ədəd “Daewoo” markalı nəqliyyat vasitəsinin ümumi dəyəri 2500 manat olan səsboğucu sistemi, yəni katalizatoru oğurlanıb. Bu barədə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə məlumat verilən kimi dərhal araşdırmalara başlanılıb. Məlum olub ki, nəqliyyat vasitələrinin katalizatorları elə həmin maşınları icarə əsasında idarə edən sürücülər tərəfindən, vətəndaş Pərvin Rəhimlinin təklifi əsasında oğurlanıb. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin şirkətə məxsus taksiləri idarə edən sürücülər Gündüz Nəcəfov, Pərvin Rəhimli, Murad Nəcəfov, Seymur Şamilov və oğurluq katalizatorları alan Qabil Babayev saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, Pərvin Rəhimli şirkətə məxsus avtomobilin katalizatorunu satmaq üçün Qabil Babayevin təmiri sexinə gətirdiyi sürücülərin hər birinə görə ondan 70 manat pul alıb. Saxlanılan şəxslər ifadələrində etdikləri əməli etiraf ediblər.
Qeyd edək ki, katalizator sistemi bilərəkdən çıxarılan və ya işlək vəziyyətdə olmayan nəqliyyat vasitələri atmosferə normadan artıq zərərli qazlar buraxırlar. Bu isə ekologiyanın pozulması kimi qiymətləndirilir.
Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO




















