Bakıda taksi sürücüsü görün nə etdi: Yolu kəsib maşından düşdü və... - VİDEO

Bakıda dayanma-durma qaydasını pozan taksi sürücüsü yolu kəsib. Avtosfer.az xəbər verir ki, hadisə martın 9-da, paytaxtın Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb. Belə ki, “Yango” taksi şirkətinə məxsus 77-DL-475 qeydiyyat nişanlı “Honda” markalı avtomobilin sürücüsü sözügedən küçədə ikinci cərgədə dayanaraq yolu zəbt edib. Görüntünü qeydə alan sürücü irad bildirən zaman taksi sürücüsü “o tərəfdə yer var, sür də” deyərək özünü haqlı çıxarmağa başlayıb.
Qayda pozub təhlükə yaradan, dayanma-durma qaydasını pozub yolu kəsən və tıxac yaradan sürücülərə tez-tez rast gəlirik. Belə sürücülər hər zaman “tələsirəm”, “aptekə gedirəm”, “vacib işim var” – deyərək müxtəlif bəhanələr gətirirlər. Həmin sürücülərin bəhanələri heç vaxt bitmək bilmir. Sanki vacib işi olanlar yalnız bunlardır. Onlar özləri də yaxşı bilir ki, dedikləri sadəcə bəhanədir. Qayda pozmaqda məqsədləri isə rahatlıqlarını təmin etməkdir. Yəni 40-50 metr irəlidə və ya geridə dayanıb piyada yol getmək istəmirlər. Lakin düşünmürlər ki, tıxac yaradan zaman, yolu kəsən zaman həqiqətən vacib işi olan insanların yolunu kəsirlər.
Könül
“BMW”sini azyaşlı qonşusuna sürməyə verən şəxs CƏRİMƏLƏNDİ - VİDEO
Bakıda avtomobildən yola plastik su qabları atıldı - 77-RY-738 - VİDEO
Bakıda bəzi parklanma yerlərinə müvəqqəti məhdudiyyət tətbiq edilir
YDM-ə əks istiqamətdən girib özünə haqq qazandırdı: “Mən belə girirəm, əcəb edirəm” - VİDEO
Səki və piyada keçidini bağlayan sürücü hərəkətə mane oldu - FOTO
Maşını yolayrıcında saxlayıb söhbət edən sürücü avtomobillərin yolunu kəsdi - VİDEO
Sürücü birtərəfli yolun əksinə çıxıb axına qarşı hərəkət etdi - VİDEO
3 bal dəyərində cəriməsi var - XƏBƏRDARLIQ - VİDEO
Sürücü keçidin üstündə dayanıb piyadalara “yol verdi” - 77-OL-498 - VİDEO
Binəqədidə qayda tanımayan sürücülər piyadaları yola çıxmağa məcbur etdi - VİDEO
Masazırda mopedlə “hoqqa” verən yeniyetmə yolda təhlükə yaratdı - VİDEO










