Bakıda təhlükəli manevr edən sürücü qəza şəraiti yaratdı - VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, “Toyota Corolla” markalı 77-GA-385 dövlət nömrə nişanlı avtomobilin sürücüsü zolağı dəyişərkən digər avtomobil üçün qəza şəraiti yaradıb.
Sürücü, eyni zamanda, geriyə dönmə əməliyyatını yerinə yetirərkən müvafiq yol zolağını tutmur və digər hərəkət iştirakçısına maneələr yaradır.
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan “Toyota Corolla” markalı 77-GA-385 dövlət nömrə nişanlı avtomobilin sürücüsü barəsində müvafiq tədbir görülüb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin inspektoru, polis mayoru Fuad Sultanov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, qanunu pozan sürücü müəyyən edilib: “Qaydaları pozan şəxs müəyyən edilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib olunub”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












