Ömrünü başa vuran "QAZ 24" Bakı küçələrində təhlükə saçır - FOTO

Bakıda dəmir parçalarını avtomobilinin üstündə sanki səpələyərək daşıyan sürücü yolda hər kəsi təhlükəyə salıb. Avtosfer.az bildirir ki, 10-ER-467 nömrə nişanlı "QAZ 24" markalı avtomobilin sürücüsü yükdaşıma qaydalarına heç bir şəkildə əməl etməyərək qaydaları kobud şəkildə pozub.
O, eyni zamanda dəmir parçalarını təhlükəli şəkildə daşımaqla yoldakı digər sürücüləri də təşvişə salıb. Sürücü hətta baqajına da həmin dəmirlərdən tökərək ağzını bağlamadan avtomobilini idarə edib. Avtomobilin sağından-solundan, önündən-arxasında çıxan dəmirlərə görə yolda heç bir sürücü onun yaxınlığından keçməyi risk etməyib. Görünür sürücü yola düşə biləcək bir dəmir parçasının digər avtomobillərin təkərlərinə vura biləcəyi zərəri də nəzərə almayıb.
Qeyd edək ki, minik avtomobilində yalnız qanunvericiliyin tələbinə uyğun şəkildə quraşdırılan xüsusi qurğu ilə yük daşınması halına yol verilir.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













