Bakıdakı bu radar səhv işləyir: DYP-nin diqqətinə - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi bir müddət öncə Bakıda asta sürətlə hərəkət edən sürücü yüksək sürətlə (218 km/saat sürətlə) radara düşmüşdür. Sürücünün şikayəti Avtosfer.az saytında dərc edildikdən sonra Dövlət Yol Polisi idarəsi tərtib olunmuş protokola xitam verdi və radarın iş rejimində qüsurun olduğunu bildirdi.
Bu dəfə də sürücülərdən biri asta sürətlə hərəkət edən zaman yüksək sürətlə radara düşüb. Sürücü Fərid Misirxanov redaksiyamıza müraciət edərək bildirib ki, idarə etdiyi 99-FY-144 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillə yanvarın 17-i Azadlıq prospekti ilə asta sürətlə hərəkət edən zaman 234 km/saat sürətlə radara düşüb. O, digər sürücülərlə təxminən eyni sürətdə hərəkət etdiyini və buna görə də yazılan cərimənin qanunsuz olduğunu bildirib.
Yazılan protokollardan belə başa düşmək olur ki, həmin radarın iş rejimində ciddi problem var. Ümumilikdə radarların hər il yoxlamadan keçməsinə dair protokolda məlumat qeyd olunur. Lakin baş verən bu cür hallara görə sual yaranır ki, xüsusi texniki vasitələr həqiqətənmi yoxlanılır, yoxsa hər şey kağız üzərində qalır?
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














