Bakının “Ərəbzəngiləri”: yolayrıcı “işğalçıları” ilə necə mübarizə aparaq? - VİDEO

Paytaxtda ən ciddi problemlərdən biri də yolayrıclarında yaranan tıxaclardır. Buna səbəb isə sürücülərin işıqforun son saniyələrində yolayrıcına daxil olmasıdır. Adətən tıxac olan zaman sürücülər işıqforda gözləməli və yolayrıcına daxil olmamamlıdır. Amma nə fayda ki, buna hələ də riayət edən yoxdur.
Bir müddət əvvəl problemin həlli üçün paytaxtın iri küçə və prospektlərindəki yolayrıclarına sarı zolaqlar çəkildi. Həmin zolaqlara daxil olmağın qadağan olması və sürücünü cərimə gözlədiyi elan olundu.

Bir müddət bu qayda qismən işlədi. Amma sonradan deyəsən bu sarı zolaqlar da əhəmiyyətini itirdi. Təsəvvür edin ki, işıqforda gözləyirsiniz. Yaşıl yanır amma siz yolayrıcını keçə bilmirsiniz. Çünki hansısa özünü hamıdan üstün hesab edən sürücü və ya sürücülər yolayrıcında dayanaraq keçmək üçün növbə gözləyir. İşıqforun da cəmi 30 saniyə yandığını nəzərə alsaq yenidən qırmızı və siz yenidən gözləyirsiniz.
Bəzi yerlərdə bunu yol polisi tənzimləməyə çalışır. Amma əksər hallarda böyük tıxacların səbəbi də məhz elə bu problem olur.
Əslində Bakıda maşınların sayı o qədər də çox deyil. Sadəcə sürücülərin yol-hərəkəti qaydalarına riayət etməməsi də məhz bu cür çətinliklər yaradır.
Orxan Əli
Bakıda sürücü təcili yardımın arxasına sığınıb qaydaları pozdu - VİDEO
Bakıda "qırmızı"da keçən avtomobil zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Əks yolda ötmə edən sürücü qarşıdan gələn maşını yoldan çıxartdı - VİDEO
Qəza zamanı avtomobili yerindən tərpətmək olar, yoxsa yox? – Ekspert AÇIQLADI - VİDEO
Bakı-Sumqayıt yolunda tıxac necə yaranır? - VİDEO
Piyada keçidində yol vermək üstündə mübahisə: “Sən niyə dayanmısan?” - VİDEO
Sədərək yolunda qayda pozan sürücü özündən çıxdı: Hələ qapını açıb… - VİDEO
Sürücü eyni anda 2 qayda pozdu: Sağdan gəlib qırmızıda keçdi - VİDEO
Sürücünün yola atdığı közərmiş siqaret kötüyü motosikletçinin üzərinə düşdü - VİDEO
Qırıq xətti qoyub bütöv xətdə 2 dəfə ötmə edərək təhlükə yaratdı - 90-NO-151 - VİDEO
Qırmızı işıqda hərəkət edən sürücü piyadaya təhlükə yaratdı - VİDEO










