Bakının məşhur "avtoşu" Hüseyn Cavid parkında təkər qaldırdı - VİDEO

Bir müddət öncə avtoxuliqanlıq hərəkətləri ilə gündəmə gələn "avtoş" sürücünün yeni videoları yayılıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 90-ZZ-694 qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobilin sürücüsü paytaxtın Landau küçəsində (Hüseyn Cavid parkında) müxtəlif sərt manevrlər edərək avtomobilin bir təkərini yer səthindən qaldırıb. Digər görüntüdə isə yüksək sürətlə gələrək əl əyləci vasitəsilə avtomobili fırladıb.
Qeyd edək ki, sürücü avtomobilin konstruksiyasına da dəyişiklik edərək ön hissəsini qaldırıb, arxa hissəsini isə aşağı salıb.
Avtosfer.az-a daxil olan məlumata görə, videodakı əməlləri törətdiyi üçün sürücü vaxtilə həbs olunub. Belə ki, bu sürücüyə atoxuliqanlıq əməlinə görə 2021-ci ilin aprel ayında Səbail rayon Məhkəməsi tərəfindən 50 gün həbs verilib. Digər vaxtda yenə də avtoxuliqanlıq hərəkətləri edən zaman digər şəxslərin əmlakına qəsdən zərər vurduğuna görə cinayət işi açılıb və Binəqədi rayon Məhkəməsi tərəfindən 30 gün müddətinə həbs olunub, həmçinin sürücülük hüququndan 2 il müddətinə məhrum edilib.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












