Balakəndə dəhşətli qəza: Ana öldü, qızları xəstəxanalıq oldu - VİDEO
Qaydalar
19 Avqust 2020 13:18

Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Baku TV xəbər verir ki, hadisə axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Xalatala kənd sakini, 60 yaşlı İbrahim Mehdiyevin idarə etdiyi minik maşını ilə rayon sakini, 26 yaşlı Ömər Əlibəyevin idarə etdiyi nəqliyyat vasitəsi toqquşub.
Qəza zamanı “VAZ 21099” markalı avtomobildə olan sərnişin - rayonun Xalatala kənd sakini, 71 yaşlı Həvva Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Sürücü İ.Mehdiyev və digər sərnişinlər, qəza zamanı ölən H.Məmmədovanın qızları - 37 yaşlı Xanım Məmmədova və 49 yaşlı Mehriban Burbaşova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Yaralılardan İ.Mehdiyevin müalicəsi davam etdirilir. Digər yaralıların vəziyyəti yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub : 4900
DİGƏR XƏBƏRLƏR
23 Oktyabr 2026 19:40
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 18:37
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
23 Oktyabr 2026 16:30
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 16:00
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
23 Oktyabr 2026 10:00
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
23 Oktyabr 2026 09:00
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
22 Oktyabr 2026 18:00
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
22 Oktyabr 2026 17:00
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
22 Oktyabr 2026 15:18
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
22 Oktyabr 2026 09:00
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
21 Oktyabr 2026 17:00
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
21 Oktyabr 2026 14:30
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
ŞƏRH YAZ












