Bərdədə şou göstərən "avtoş" tutuldu - VİDEO - YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Bərdə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində "Toyota" markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edən rayon sakini Cavid Quliyev saxlanılıb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
_____________________________________________________________________________
Bərdədə avtoxuliqanlıq edən sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə sürücü idarə etdiyi "Mercedes" markalı avtomobillə müxtəlif təhlükəli hərəkətlər edib. O, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə təkərlərin yol səthində sürtünməsi səsləri çıxarıb, eyni zamanda yol səthində çoxsaylı təkər izləri buraxıb. İnsanların sıx toplaşdığı bir məkanda avtomobili fırladaraq şou göstərib.
Sözügedən videonu təqdim edirik:
Könül
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












