Rayonda "07" ilə "avtoşluq" edən sürücü piyadanı qorxuya saldı - VİDEO

Yolda avtoxuliqanlıq edən sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisənin Biləsuvar rayonunda qeydə aldığı bildirilir. Belə ki, 90-HF-159 qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü sükanı yolun kənarı ilə gedən piyadanın üzərinə doğru fırlatması onu qorxuya salıb. Digər görüntüdə isə sürücü dairəvi hərəkət təşkil edilmiş yolayrıcına yüksək sürətlə daxil olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarıb.
Qeyd edək ki, avtomobilin konstruksiyasına edilmişmüdaxilələr videogörüntüdə öz əksini tapıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Avtosfer.az-a bildirib ki, həmin avtomobilin üzərindəki dövlət nömrə nişanı 2018-ci ildə qeydiyyat-imtahan və texniki baxış şöbəsinə təhvil verilib və hazırda heç bir nəqliyyat vasitəsinin üzərində deyil. Həmin görüntülər ən azı 5 il əvvələ aid olduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən həmin inzibati xətanı törədən şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsi mümkün deyil.
Könül
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












