Binaların aşağı mərtəbəsindəki obyektlər sakinlərin mülkiyyəti sayıla bilər? – ƏMLAK EKSPERTİ AÇIQLADI - FOTO

Sosial şəbəkələrdə yayılan videoda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu yaşayış binalarındakı qeyri-yaşayış obyektləri ilə bağlı ciddi məsələyə toxunub. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, bina yaşayış məntəqəsi statusu aldıqdan sonra həmin binadakı qeyri-yaşayış sahələri orada yaşayan sakinlərin mülkiyyəti sayılmalıdır.
Partiya sədri qeyd edib ki, bu sahələrdən əldə olunan gəlirlər bina sakinlərinin xərclərinə o cümlədən kommunal, təmir və ümumi istifadə xərclərinin qarşılanması üçün istifadə olunmalıdır. Lakin mövcud vəziyyət bunun əksinədir:
“İndiki şəraitdə bina tikilib, mənzillər hələ satılmamış qeyri-yaşayış sahələri artıq satılır. Bu da onu göstərir ki, bu obyektlər bina sakinlərinin deyil. Bəs binanı tikdirənlər hansı hüquqla binanın içindəki obyektləri satırlar? Torpaq binanı alan şəxslərin mülkiyyətidir,” – deyə Sərdar Cəlaloğlu vurğulayıb.

Məsələn ilə bağlı əmlak ekspert Ramil Osmanlı Avtosfer.az-a açıqlamasında bildirib ki, Mənzil Məcəlləsinin 35-ci maddəsində çoxmənzilli binalarda sahə mülkiyyətçilərinin ümumi əmlakı müəyyən edilir.
"Bu maddəyə əsasən, bir nəfərdən çox şəxsə, yəni iki və daha artıq mülkiyyətçiyə birgə istifadə üçün nəzərdə tutulmuş bütün qurğu və avadanlıqlar sahə mülkiyyətçilərinin ümumi əmlakı hesab olunur. Bu əmlaka aşağıdakılar daxildir: işıqlandırma qurğuları, qaz təchizatı qurğuları, binaya aid saxlanma yerləri, dam örtüyü, eyvan və balkonlar, liftlər, lift şaxtaları, pilləkən qəfəsləri və meydançalar, binanın yerləşdiyi torpaq sahəsi, həyətyanı sahədə sakinlərin ümumi istifadəsi üçün inşa olunmuş tikililər (məsələn, söhbətgahlar, mühafizə otaqları və s.)".
Ekspert qeyd edib ki, qanunvericiliyə tələblərinə görə, sahə mülkiyyətçisi dedikdə, çoxmənzilli binada mənzil və ya qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna sahib olan şəxs nəzərdə tutulur.
"Bu hüquq ya mülkiyyət çıxarışı, ya da 2018-ci ildə qüvvəyə minmiş mülki qanunvericilik dəyişikliklərinə əsasən, müqavilə əsasında dövlət qeydiyyatına alınmış sahə üzrə təsdiq olunur. Sahə mülkiyyətçiləri mənzillərini kirayəyə versələr də, ümumi əmlakla bağlı məsuliyyət və mülkiyyət hüquqları onlarda qalır. Binaların saxlanması ilə bağlı xərclər, yəni kommunal və idarəetmə xərcləri sahə mülkiyyətçilərinin üzərinə düşür.
Azərbaycanda çoxmənzilli binaların təxminən 94%-i xüsusi mülkiyyətdədir, yalnız 6%-i dövlət mülkiyyətindədir. Bu da o deməkdir ki, xüsusilə yeni yaşayış komplekslərində binaların idarə olunması və saxlanması əsasən sahə mülkiyyətçilərinin vəzifəsidir".
Ramil Osmanlı vurğulayıb ki, texniki mərtəbələrdə və ya digər mühəndis texniki sahələrdə yerləşdirilmiş qurğular da sahə mülkiyyətçilərinin ümumi əmlakına daxildir.
"Bu sahələr qaz, su, elektrik və digər kommunikasiya sistemlərinin yerləşdirilməsi və saxlanması məqsədilə nəzərdə tutulmuşdur. Eyni zamanda, çoxmənzilli binalarda yerləşən qeyri-yaşayış obyektləri də mülkiyyət kimi satıla bilər. Həmin obyektin sahibi də sahə mülkiyyətçisi hesab olunur və ümumi əmlakın idarə olunmasında və saxlanmasında bərabər hüquq və vəzifələrə malikdir".
.png)
Fidan
"BakuBus" avtobuslarının biabırçı qayda pozuntuları: Sürücülər zolaq tanımır - VİDEO
Siqaret kötüyünü maşından yerə atan sürücü 200 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Bu küçədə düzgün sürdüyünə and içiləcək sürücü yoxdur - Özbaşınalıq hökm sürür - VİDEO
Şamaxı yolunda iki dəfə qəza şəraiti yaradan sürücü CƏZALANDIRILDI - FOTO - VİDEO
Qoşa xətti saymayıb əks yola çıxan avtobus sürücüsü CƏRİMƏLƏNDİ - 77-JS-486 - VİDEO
Əks zolağa çıxan sürücü kameranı görüb hərəkətini dayandırdı - VİDEO
Toy karvanında avtoxuliqanlıq edənlər HƏBS EDİLDİ - FOTO - VİDEO
Sığorta haqlarının hesablanması ilə bağlı nələr dəyişdi? – AÇIQLAMA - VİDEO
Qırmızı işıqda əks zolağa çıxan sürücü qarşıdan gələnlərin yolunu kəsdi - VİDEO
Şəhərin mərkəzində təhlükəli manevr edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Sərxoş vəziyyətdə "Ford" sürən şəxs həbs edildi










