Bir neçə saniyə qazanmaq üçün sürücüləri təhlükəyə atdı - 99-OC-251 - VİDEO

Qaydalar 10 İyul 2026 18:00
Bir neçə saniyə qazanmaq üçün sürücüləri təhlükəyə atdı - 99-OC-251    - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Səbail rayonu, Neftçilər prospektində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 24-də saat 19:43 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, 99-OC-251 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük avtomobilinin sürücüsü hərəkət zolağında yerləşmə qaydasını pozub.

Belə ki, yolda yaranan sıxlıqdan yayınmaq istəyən sürücü görüntünü qeydə alan avtomobilin sağ tərəfinə keçərək eyni hərəkət zolağında onunla yanaşı dayanıb. Nəticədə o, solda dayanmış nəqliyyat vasitələrinə qəza şəraiti yaranıb.

Daha sonra sürücü hərəkətə başlayan zaman qəfil sola manevr edərək görüntünü qeydə alan avtomobilin qarşısına keçib və yol bpyu zolaqdan-zolağa keçərək hərəkət edib.

Xatırladaq ki, qanunvericiliyə əsasən, sürücülər nəqliyyat vasitəsini zolaqlar üzrə düzgün yerləşdirməli, hərəkət istiqamətini dəyişərkən digər hərəkət iştirakçılarına maneə yaratmamalı və yol hərəkətinin təhlükəsizliyini təmin etməlidirlər. 

Nərmin

Oxunub : 284
ŞƏRH YAZ
Ad

E-mail

Şərh