Bu halda sərxoş sürücünün maşını duracağa aparıla bilməz - VİDEO

Yol hərəkəti qaydalarının pozulmasına görə bir neçə hal var ki, nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən idarə olunması bu kateqoriyaya aiddir. Lakin, sürücü sərxoş olan zaman bir vəziyyət mövcuddur ki, nəqliyyat vasitəsi duracağa aparıla bilməz.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində qeyd olunub ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən zaman, onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda avtomobil duracağa yerləşdirilir.
Yəni sərxoş sürücünün yanındakı sərnişinin sürücülük hüququ varsa, bu halda avtomobil duracağa aparıla bilməz. Sərnişin sükan arxasına keçərək sərxoş sürücünü mənzil başına kimi apara bilər.
Amma qanunvericiliyin tələbinə görə sürücü cəzalandırılır. Belə ki, sərxoş sürücünün sürücülük vəsiqəsi əlindən alınır və ona müvəqqəti sürmə talonu verilərək sərbəst buraxılır.
Nurlan Sakitoğlu
Nərmin Əkbər
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












