Bu işıqları yandıran sürücüləri 150 manat cərimə gözləyir

Bəzi sürücülər avtomobilin işıq cihazlarına dəyişiklik edərək normativ tələbləri pozurlar. İstehsalçı zavod maşının üzərindəki hər bir işıq cihazını təyinatına uyğun olaraq quraşdırır. Məsələn dönmə işıqları manevr zamanı, duman işıqları məhdudiyyətli görnümə şəraiti zamanı istifadə edilə bilər. Lakin sürücülər dönmə işıqlarını daimi olaraq yanılı rejimə keçirərək “amerikanka” işıqları kimi istifadə edirlər. Bəzi sürücülər isə arxa duman işıqlarını stop işıqlarına birləşdirirlər. Tormoz verən zaman həm stop işıqları, həm də duman işıqları yanır. Bu isə qanunla qadağan hesab edilir.
Qeyd edək ki, işıq cihazlarına bu cür müdaxilələr normativ tələblərin pozulması kimi qiymətləndirilir. Bu cür müdaxilələr edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində cərimə oluna bilərlər.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












