Bu küçədə bir neçə sürücünün səhvi hərəkəti dəqiqələrlə kilidlədi - VİDEO

Paytaxtın Fərman Salmanov küçəsində kütləvi şəkildə qayda pozan sürücülər süni tıxac yaradıblar. Bununla bağlı izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” səhifəsinə videomaterial göndərib.
Kadrlardan görünür ki, orta və ən sağ zolaqlarda hərəkət edən bəzi sürücülər, həmin zolaqlarda düzünə hərəkətə icazə verilməsinə baxmayaraq, geriyə dönmək məqsədilə qəfil şəkildə sol zolağa manevr edirlər. Nəticədə sol zolaqda hərəkətdə olan sürücülərə əngəl törədilir və yolun buraxıcılıq qabiliyyəti ciddi şəkildə azalıb.
Şikayətçi bildirib ki, digər tərəfdən sol zolaqdakı sürücülər həmin avtomobillərə yol verdiyi üçün tıxacın şiddətləndənməsinə səbəb olublar.
Bu cür məsuliyyətsiz davranışlar həm digər sürücülər üçün çətinlik yaradır, həm də nəqliyyat axınının pozulmasına və tıxacların formalaşmasına səbəb olur. Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, sürücülər manevr edərkən digər nəqliyyat vasitələrinə mane olmamalı və zolaqlar üzrə hərəkət tələblərinə əməl etməlidirlər.
Nərmin
Əks yola çıxan “Range Rover” sürücüsü ardınca təhlükəli manevr etdi - VİDEO
Qırmızıda şütüyərək keçən sürücü təhlükə yaratdı – 77-SB-906 - VİDEO
Sürücü çəkdiyi siqaretin kötüyünü yola atdı - 99-CS-191 - VİDEO
Bakının mərkəzində "avtoşluq" edən sürücünün görüntüləri yayıldı - VİDEO
Qaydanı pozan xanım sürücü keçidə daxil olan piyadaya yol vermədi - VİDEO
Bakıda kuryer motosikletin ön təkərini qaldırıb “şou” göstərdi - VİDEO
Prospektdə maşınlarını səkidə satışa çıxaran obyekt piyadalara mane olur - VİDEO
Maşın sürə-sürə prospekti zibillədi – 10-YE-955 - VİDEO
Nişana baxmayan sürücü baş yoldakı maşına təhlükə yaratdı - VİDEO
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO












