Bu küçədə görünməyən nişana görə hər gün qəza baş verir: Qurumlar hara baxır? - VİDEO

Bakının Nəsimi rayonu ərazisində ağacların arxasında gizlənən yol nişanı hər gün qəzalara səbəb olur. Avtosfer.az bildirir ki, oxuculardan biri Xan Şuşinski ilə Hənifə Ələsgərov küçəsinin kəsişmə nöqtəsində hər gün baş verən qəzalardan şikayətçi olaraq redaksiyamıza video göndərib. O, bildirib ki, Xan Şuşinski küçəsi ilə hərəkətdə olan sürücü burada ağacların arxasında qalan “Stop”, düzünə və yalnız sola hərəkətə icazə verən yol nişanını görmədiyindən xüsusən də, gecə saatlarında qəzaya səbəb olur.
Videoda bildirilir ki, hətta yolun qarşısındakı 4 ağac belə qəzalar nəticəsində məhv olub. Hənifə Ələsgrov küçəsindən sürətlə gələn avtomobillər baş yolda olduqları üçün sağı gözləmir və Xan Şuşinski yolundakılar isə nişanı çox gec gördükləri (və ya gecə qaranlığında heç görmədikləri) üçün toqquşma baş verir. Videonu çəkən şəxs bildirib ki, hər gün xüsusən də gecə vaxtı burda bir neçə qəza baş verir. Avtosfer.az-ın apardığı araşdırmalardan da bəlli olur ki, buradakı yol nişanı həqiqətən də görünmür. Yolda əvvəllər yerləşdirilən güzgü isə yığışdırılıb. Çox güman ki, o da burada baş verən qəzaların qurbanı olub.
Ekspert Elməddin Muradlı bildirib ki, bu kəsişmədə yol nişanlarının və nişanlama xətlərinin təşkili ilə bağlı ciddi problemlər var. "Ağacların arxasında gizlənən nişanlar sürücülərin boş yerə cərimələnməsinə səbəb olur. Bu, hələ yaxşı haldır. Çox zaman isə burada ağır qəzalar baş verir. Hər iki tərəfdən yaxınlaşan sürücü özünü haqlı sayır, çünki burada heç bir yol nişanı görünmür. Təəssüflər olsun ki, bəzi sürücülər yol ayrıcında hərəkətlə bağlı qaydalara da əməl etmir. Qanuna əsasən, nizamlanmayan yol ayrıcında sağdan gələn üstünlüyə malikdir”.
Ekspert onu da bildirib ki, 5 ilə yaxındır bu ərazidən demək olar hər gün qəza xəbəri gəlir. Bu məsələ ilə bağlı tədbir görməli olan qurumlar isə hər kəsə bəllidir - DYP-də Hərəkətin təşkili şöbəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yaşıllaşdırma İdarəsi və Bakı Nəqliyyat Agentliyi.
Elməddin Muradlı onu da vurğulayıb ki həmin ərazidən dəfələrlə aidiyyatı qurumlara şikayət ərizələri yazılıb. Amma hələ də bir tədbir görülməyib. "Aidiyyatı qurumlar bu məsləyə baxmadıqları halda bu yolda qəza törədərək zərər çəkən şəxs həmin qurumları məhkəməyə verib təzminat tələb edə bilər”.
Güman edirik ki, iş bu həddə çatmadan və kiçik problem böyük faciələrə yol açmadan çox asan və sadə yolla aradan qaldırılar.
Aysel
Əlli manatlıq cərimə baha başa gəldi – 6 ay avtomobil sürə bilməyəcək
Qaydaları saymayan sürücülər: Biri qırmızıda keçdi, o biri əks yola çıxdı - VİDEO
Kobud qayda pozuntularına yol verən sürücü cəzalandırıldı - VİDEO - YENİLƏNİB
Vəsiqəsi olmadan sərxoş halda maşın sürərkən yaxalandı - Qaradağ postunda - VİDEO
Keçiddə dayanmayan sürücülər piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Telefonla danışan sürücü baş yoldan gələnlərin yolunu kəsdi – 75-AF-858 - VİDEO
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Vəsiqəsi əlindən alınan qadın sürücü bu dəfə sərxoş tutuldu - VİDEO
Yüksək sürətli yolda məsuliyyətsizlik: Sürücü dayanıb qəzanı izlədi - VİDEO
Bakıda təcili yardım sürücüsündən ŞOK ADDIM: Sərxoş və narkotikin təsiri altında... - VİDEO
Telefonla danışan avtobus sürücüsü sərnişinlərin həyatını riskə atdı - VİDEO











