Bu qaydanı pozan sürücülər 40 manat cərimələnəcək - XƏBƏRDARLIQ

Bakı-Sumqayıt yolu üzrə hər iki istiqamətdə avtobus zolağı çəkilib. Məqsəd magistral yolda pik saatlarda sıxlıq zamanı vətəndaşların rahat mənzil başına çatmasını təmin etməkdir. Avtobus zolağının çəkilməsi ictimai nəqliyyatın maneəsiz hərəkət etməsinə hesablansa da, bəzi sürücülər buna problem yaradırlar. Belə ki, avtobuslar üçün çəkilmiş zolağa daxil olan sürücülər ictimai nəqliyyatın hərəkətinə maneə yaradır və avtobusların da tıxacda qalmasına səbəb olurlar. Ancaq avtobus zolağına daxil olan sürücülərin bəziləri bu qaydadan xəbərdar olsa da, inzibati xəta törətmələrindən xəbərsizdirlər.
Yeni qərara əsasən bu qaydanı pozan sürücülər İnzibati Məcəllənin 327.1 maddəsi ilə 40 manat cərimə ödəməlidirlər. Bəs bundan xəbəri olmayan vətəndaşlar cəriməni ödəməyə məcburdurlar?
Mövzu ilə bağlı hüquqşünas Anar Qasımlı XQ-a açıqlama verdi: “Əvvəla qeyd etmək lazımdır ki, bu barədə öncədən mətbuatda məlumat verilib. İkincisi və ən önəmlisi, yol hərəkət qaydaları var. Sürücü yolda diqqətli olmalı, yol nişanlarının tələblərinə uyğun şəkildə avtomobili idarə etməlidir. Avtobus zolağı ilə bağlı da müvafiq yerlərdə yol nişanları quraşdırılır. Ona görə də, “Xəbərsiz olmuşam” kimi bəhanələr keçərli deyil, yol hərəkət qaydası pozularsa, cərimə ödənilməlidir”.
Yeni zolaq hərəkət sıxlığına nə dərəcədə təsir göstərib? Bu zolaq başqa tıxac olan magistral yollarda da çəkilə bilərmi?
Suallarımızı nəqliyyat eksperti Elməddin Muradlı cavablandırdı: “Belə yollarda avtobus zolağının çəkilməsi təqdirəlayiq haldır, çünki həmin istiqamətdə xeyli avtobus hərəkət edir. Təxminən 37 marşrut həmin yoldan istifadə edir. Ümumilikdə, gündəlik 1900 reys həyata keçirilir. Təbii ki, hər bir şəxsin yollardan təhlükəsiz, rahat hərəkət etmə hüququ var. Bu da o deməkdir ki, yollarda avtomobillər üçün nə qədər şərait yaradılırsa, bir o qədəri də ictimai nəqliyyat üçün yaradılmalıdır.
Bəli, bu gün ictimai nəqliyyat sahəsində müəyyən problemlər var. Ancaq bu problemlər öz həllini tapır. Hazırda əsas hədəf şəhərdə sıxlığın qarşısının alınmasıdır.
Sözsüz ki, sürücülər bu barədə narazılıq edir, ancaq ictimai nəqliyyatın hərəkət zolağına girməməlidirlər.
Hazırda ən çox tıxac “Şamaxinka”, “Xırdalan dairəsi” kimi ərazilərdə müşahidə edilir. Yollarda insanların ictimai nəqliyyat vasitələrindən rahat istifadə etmələri üçün bir çox addımlar atılır və bundan sonra da atılacaq”. (Xalq qəzeti)
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












