Bu şirkətin avtobusu keçən dəfə aşıb, indi isə qapısı açıq gedir - VİDEO

Magistral yolda sürücü avtobusu qapısı açıq idarə edir.
Sürətin saatda 90-100 olduğu bir halda sürücü sərnişinlərin həyatını təhlükləyə atır.
Kadrlar Bakı-Quba yolunda qeydə alınıb. Həmin anı çəkib ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərən başqa bir sürücü iddia edir ki, avtobus ''Uğurlu Yol'' Məhdud Məsuliyyətli Cəmiyyətə məxsusdur.
Qeyd edək ki, həmin daşıyıcı şirkətə məxsus avtobusun daha bir sürücüsü bir neçə gün əvvəl də Qusar- Quba yolunda idaretməni itirərək avtobusu aşırmışdı. Nəticədə 22 nəfər xəsarət almışdı. Kadrları izləyən yol hərəkəti qaydaları üzrə ekspert Aslan Əsədov deyir ki, sürücü burda kobud qayda pozuntusuna yol verib.
Ekspert hesab edir ki, sərnişindaşıma ilə məşğul olanların məsuliyyəti çox olmalıdır. Daşıyıcı şirkətlər sürücülərə daha diqqətli olmalarını tələb etməli və yol hərəkəti qaydalarını pozmamalarını onların qarşısında öhdəlik kimi qoymalıdırlar.
Sözügedən qayda pozuntusu ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, bu məsələ həftənin bazar ertəsi daşıyıcı şirkətlə araşdırılacaq və lazımi tədbirlər görüləcək.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












