Bu sürücü heç kimə yol vermir, stop nişanlarında da dayanmır - VİDEO

Bakıda yol nişanlarının tələbinə məhəl qoymayan sürücü qaydaları kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, hadisə martın 15-də, paytaxtın Abdulla Şaiq küçəsində baş verib. 90-XD-677 qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobilin sürücüsü Nizami küçəsindən sağa - Abdulla Şaiq küçəsinə dönən zaman stop nişanında dayanmadan hərəkət edərək görüntünü qeydə alan sürücüyə yol verməyib. Sonra isə sola - Süleyman Tağızadə küçəsinə dönən zaman stop nişanında dayanmadan hərəkət edərək sağdan gələn avtomobilə yol verməyib. O, növbəti yolayrıcında yenə də stop nişanında dayanmayaraq sağa dönüb.
Sürücünün törətdiyi bu xətalar arasında zaman kəsiyi olduğu üçün İnzibati Xətalar Məcəlləsinə görə, o, hər bir xətaya görə ayrı ayrılıqda məsuliyyətə cəlb edilə bilər.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












