Bu tuneldə diqqətli olun: 40 manat cəriməsi var - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində yerləşən tuneldə sürücülər kütləvi şəkildə qayda pozuntusu edirlər. Belə sürücülərdən biri avtomobildəki kameraya düşüb. Qeyd edək ki, tuneldə iki zolaq daralaraq bir zolağa çevrilir. Bu vəziyyətdə trayektoriya kəsişdiyi üçün sağdakı nəqliyyat vasitəsi üstünlüyə malikdir.
“Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin X hissəsində qeyd olunub ki,nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Lakin sözügedən tunledə sürücülər bu qaydaya əməl etmirlər.
Mayın 21-də, Ziya Bünyadov prospektində yerləşən tuneldə hərəkət edən 77-BC-205 qeydiyyat nişanlı “Honda” markalı avtomobilin sürücüsü trayektoriya kəsişən zaman görüntünü qeydə alan sürücüyə yol verməyib. Daha sonra isə əsəbiləşərək sağdan ötmə edib.
Qeyd edək ki, trayektoriyanın kəsişdiyi zaman sağda olan nəqliyyat vasitəsinə yol verməməyə görə 40 manat cərimə nəzərdə tutulub.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












