Cəriməni ödəmədiyi üçün vəsiqəsi məhdudlaşdırılan sürücülər onu necə BƏRPA EDƏ BİLƏR?

Son zamanlar sürücülər ödənilməyən cəriməyə görə sürücülük hüquqlarının məhdudlaşdırıldığını bildirirlər. Bir neçə sürücü Avtosfer.az-ın qaynar xəttinə müraciət edərək sürücülük hüquqlarının xəbərdarlıq edilmədən məhdudlaşdırıldığını qeyd edirlər.
Ödənilməyən cəriməyə görə məhkəmə sürücüyə xəbərdarlıq etməyə bilərmi?
Qeyd edək ki, qanunvericiliyə görə sürücü yazılmış cərimə qərarını 3 ay müddətində ödəmədikdə Dövlət Yol Polisi İdarəsi onun iştirakı olmadan protokol tərtib edir və baxılması üçün işi məhkəməyə göndərir. Məhkəmə isə işə baxılma tarixini təyin etdikdən sonra mütləq şəkildə sürücüyə məhkəmənin keçiriləcəyi vaxtla bağlı rəsmi məlumat verməlidir (SMS və ya ünvana bildirş göndərməklə). Lakin reallıqda məhkəmələr bu barədə sürücülərə məlumat vermir. Bu səbəbdən də nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırıldıqda sürücülərin bundan xəbəri olmur. Əgər məhkəmənin keçirləcəyi tarixlə bağlı sürücülərə xəbərdarlıq edilmirsə, bu barədə aidiyyəti üzrə şikayət edə bilərlər.
Bəs sürücü cəriməni ödədikdən sonra nəqliyyat vasitəsini idarəetmə hüququnu necə bərpa edə bilər?
İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsində qeyd edilib ki,barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir.
Bu o deməkdir ki, sürücü cəriməni ödədikdən sonra məhkəməyə yazılı şəkildə müraciət edir və müraciətində cəriməni ödədiyinə dair qəbzləri əlavə edərək sürücülük hüququnun bərpa olunmasını tələb edə bilər. Bir neçə gündən sonra məhkəmə işə baxaraq sürücülük hüququnu bərpa edir.
Leyla
Sumqayıtda məktəbin önündə piyada və sürücüləri bu təhlükə gözləyir - VİDEO
Öz kefinə maşın sürüb motosikletçini özündən çıxardı: “Belə sürürəm, sonra?” - VİDEO
Qoşa xətdən təhlükəli ötmə edən sürücü qəza şəraiti yaratdı - VİDEO
Piyadalara məhəl qoymayan sürücü əks yola çıxıb ikiqat təhlükə yaratdı - VİDEO
Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb - VİDEO
Qaranlıq yolda tükürpədici hadisə: Piyada özünü təhlükəyə atdı - VİDEO
Yaşıl işıqda hərəkət etsəniz belə cəriməsi var: Piyadaların bilmədiyi incəlik
Düz xətti heçə sayan sürücü əks yola çıxıb maşınların yolunu kəsdi - VİDEO
Sürücü qırmızı işıq yanan kimi hərəkətə başladı - 67-BB-404 - VİDEO
Başqasını qayda pozmaqda ittiham edən sürücü özü qayda pozdu - VİDEO












